"Bizim fiziki olaraq hiss etdiyimiz ağrıların səbəbi həmişə heç də xəstəlik deyil. Psixosomatik ağrılar var ki, orqanizmdə kəskin ağrılar şəklində hiss etdiyimiz bu sancıları yalnız psixoterapiya yolu ilə sağaltmaq olur. Uşaq vaxtı qorxub dili batan, həyəcandan ayağı tutulanlar barədə yəqin eşitmisiniz”.
Bu fikirləri Hit.az-a verdiyi açıqlamada psixoterapevt Maya Rzayeva səsləndirib.
Psixosomatik xəstəliklər zamanı bədənsəl simptomlar özünü baş ağrısı, bel ağrısı, qarın ağrısı. ürək bulanması, qusma, gəyirmə, əl və ayaqda uyuşma- qıcolma şəklində göstərir. Əlbəttə fərqli əlamətlər də ola bilər:
Bəzən psixosomatik ağrılardan xəstələr illər boyu can qurtara bilmirlər. Bütün həkimlərdə olur, çoxlu dərman qəbul edir, amma ağrılar keçmir. Bu ağrılar psixogen ağrılar adlanır. Xəstələr çox zaman bu ağrıların psixoloji olduğunu qəbul eləmirlər. Lakin psixoloji faktor aradan qalxmadıqca ağrılar da sağalmır. Sıxıntılarını, narahatlıqlarını dilə gətirə bilməyən, daim içinə atan insanlarda bu xəstəliklər daha sıx müşahidə olunur. Yəni, problemlər sözə çevrilməyincə, vücudumuz danışmağa başlayır. Məsələn, həddən artıq üzərinə yük götürən, ailənin dərdini çəkən adam bel və çiyin ağrılarından, dərdini heç kimə deyə bilməyənlər, boğaz ağrılarından, qorxu, həyəcan çəkənlər mədə ağrılarından şikayət edirlər. Psixogen ağrılar kəskin ürək, böyrək, qaraciyər ağrıları şəklində də üzə vura bilir".
Murad