Miqrenə qarşı mübarizə üçün 10 ÜSUL

SAĞLAMLIQ
21:57 / 16.05.2024
539

Dünyada ən çox yayılan xəstəliklərdən biri də miqrendir.

Hit.az bildirir ki, miqren alın, göz kənarları, boyun və qulaq arxasında sinirlərin sıxılması nəticəsində yaşanır. 

Bu, bir çox insanın gündəlik həyatına həyatına mənfi təsir edir. Miqren hər yaşda insanın qarşılaşa biləcəyi problemdir. Çox işləmək, həddindən artıq stress, kifayət qədər su içməmək kimi səbəblər bu ağrıları tətikləyən əsas səbəblərdir. Nəticədə isə bu ağrılar miqrenə çevrilir.

Bəzi insanlar bununla mübarizə aparmaq üçün dərman qəbul edirlər. Lakin təbii üsullarla da miqrendən xilas olmaq mümkündür.

Hit.az həmin üsulları təqdim edir:

1. Avokado: 
Miqrenlə mübarizədə çox təsirli qidadır. Lütein və zeaksantin kimi antioksidantlarla zəngin olan avokado şiddətli baş ağrılarına qarşı olduqca effektlidir. 

2. Su: 
Su içmək qan dövranını artıra və qan damarlarını genişləndirməyə kömək edə bilər. Bu, baş ağrılarını aradan qaldırmağa kömək edir.

3. Əncir: 
İltihabı azaltmaqda və baş ağrılarını keçməsində təsirli olan əncirin tərkibində çoxlu miqdarda kalium olduğunu qeyd etmək lazımdır. Gün ərzində kifayət qədər miqdarda əncir istehlakı miqren ağrıları ilə mübarizədə çox faydalıdır.

4. Şirin kartof:
Şirin kartof dadlı olması ilə yanaşı, həm də şiddətli miqren ağrıları ilə mübarizədə mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, "C" vitamini ilə zəngin olan kartofun tərkibində "B1" vitamini və "kalium" var. Şirin kartof yemək baş ağrısını azaldır və insanı sakitləşdirir.

5. Yoğurt
"B" vitamininin bir hissəsi olan riboflavin yoğurtda çox miqdarda olur. Belə ki, miqrenə qarşı qoruyucu təsiri olan riboflavin tərkibli qatıq istehlakı gününüzü ağrısız keçirmək üçün çox əhəmiyyətlidir. 

6. Qızılbalıq: 
Tərkibində omeqa-3 yağ turşuları və "B-2" vitamini olan qızılbalıq tez-tez baş ağrılarından əziyyət çəkənlər üçün möcüzəvi qida sayılır. O, həm də bədəndəki iltihabı azalda və ağrıları aradan qaldıra bilir. 

7. Qarpız:
Baş ağrısının ən böyük səbəblərindən biri susuzluqdur. Buna baxmayaraq, təzə tərəvəz və meyvələr, xüsusilə də yay meyvələri tərkibindəki yüksək su ilə gün ərzində baş verə biləcək baş ağrılarının qarşısını ala bilir. Məsələn, ən məşhur yay meyvələrindən biri olan qarpızda həm su, həm kalium, həm də maqnezium kimi vacib minerallar var.

8. Kök:
Kök qəbul etmək də ağrılarınızın keçməsinə kömək edər. Bu, susuzluğa və ondan yaranan ağrılara qarşı da çox faydalıdır.

9. Kərəviz:
Qarpız və köklə yanaşı kərəviz də susuzluğu ən aparan qidaların başında gəlir. Üstəlik, onların hər üçün ağrılara və miqrenə qarşı mübarizədə ən yaxşı təbii üsullardandır.

10. Kinoa:
Bu da ağrılara və miqrenə qarşı olduqca faydalı qidadır. Kinoa tərkibində riboflavin, maqnezium və dəmir sayəsində miqrenə qarşı müdafiə mexanizmini inkişaf etdirir. 

Pərviz

0