"Bəzi elektron siqaretlər adi siqaretlərdən daha zərərlidir" - İnfeksionist

SAĞLAMLIQ
15:43 / 17.05.2024
624

"Elektron siqaretlər də digər siqaretlər kimi nikotinlə hazırlanır".

Bu sözləri infeksionist Mərdan Əliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, elektron siqaretlər də nikotinli buxar buraxırlar:

"Lakin adi siqaretlərin tərkibində nikotindən başqa maddələr də var. Üstəlik, siqaretin tərkibində olan maddələrin növünün sayı 5 mindən artıqdır. Təəssüf ki, onların böyük bir qismi ağciyər və digər orqanlarda xərçəng xəstəliyi yarada biləcək maddələrdir". 

350509

Həkim qeyd edib ki, siqaret bir çox xəstəliyə səbəb ola bilir:

"Siqaret çəkmək ağciyər xəstəlikləri, xroniki bronxit, xərçəng, ürək-damar xəstəlikləri, damar tutulmaları və hətta beyin insultuna səbəb ola bilər. Nəzərə almaq lazımdır ki, siqaretdəki zərərli maddələr ağciyərə, oradan isə qana keçir. Bu, elektron siqaretdə belədir". 

İnfeksionist diqqətə çatdırıb ki, bəzi elektron siqaretlər adi siqaretlərdən daha təhlükəlidir:

"Düzdür, normalda elektron siqaretin zərəri adi siqaretdən az olur. Buna baxmayaraq, elektron siqaretlərin bəzilərində nikotinin miqdarı bir qədər çoxdur. Həmçinin, onların da tərkibində yan maddələr olur. 

Ümumiyyətlə, elektron siqaretlərin də olduqca zərərli olduğunu unutmaq olmaz. Onların da xəstəlik törətmə riski var. Çünki tərkibindəki əsas maddə nikotindir. Nikotinin isə çox böyük zərərləri mövcuddur. Hətta bəzi elektron siqaretlərdə adi siqaretlərin tərkibindən daha çox nikotin ola bilir". 

Pərviz

0