Bəzi insanlar yaddaşsızlıqdan əziyyət çəkir. Onların bəziləri xüsusi yaddaş gücləndirən dərmanlardan istifadə edirlər.
Yaddaş gücləndirən və bu kimi dərmanların xeyirli və zərərli tərəfləri nədir?
Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, dərmanları həkim müayinəsi olmadan alıb, istifadə etmək doğru deyil:
“Belə dərmanlar xeyirli olsa və ya hər hansı ziyanı aşarlanmasa belə, yenə də həkim məsləhəti olmadan istifadə etmək olmaz. Yaddaşın ümumi vəziyyəti düzgün həyat tərzi ilə bilavasitə bağlıdır. Beynin oksigenlə yetərincə təmin edilməsi nəticəsində qanın intensiv dövranı bu ali orqanın funksiyalarına və yaddaşa pozitiv təsir göstərir.
Ona görə də təmiz havada daha çox olmağa, həftədə bir neçə dəfə idmanla məşğul olmağa, yuxudan əvvəl bir saat civarında piyada gəzməyə və istirahət günlərində təbiət qoynunda gəzintiyə çıxmağa səy göstərmək lazımdır. İnsan tam yuxusunu almalıdır və bu onun üçün həyati önəmə malikdir. Əgər müntəzəm olaraq 1-2 saat az yatırıqsa, yuxudan doymuruqsa, bu, gec və ya tez yorulmuş beynin müdafiə reksiyasını - unutqanlığı işə salmasına səbəb olur”.
Sevinc