C vitamini ilə zəngin olan limonun qabıqlarını atmaq doğru seçim deyil.
Hit.az bildirir ki, onun əsas şəfası məhz qabığındadır.
Antioksidantlardan liflərə, minerallardan vitaminlərə qədər zəngin tərkibə malik limon qabığı sağlamlığımız üçün olduqca faydalıdır. Hətta gündə bir neçə dəfə limon qabığını çeynədiyiniz zaman orqanizminiz bu müalicəvi möcüzənin faydalarını dərhal hiss edəcək.
Bir çox insanın qarşılaşdığı diş ətinin qanaması problemi diş ətinin iltihabı və ya diş çürüməsi kimi səbəblərdən yaranır. Lakin möcüzəvi təsir gücünə malik olan limon qabığı bu problemi effektiv şəkildə həll edə bilər. Çünki limon qabığında olan C vitamini diş ətinin iltihabını azaltmağa və diş əti qanamasının qarşısını almağa kömək edir.
Ona görə də limon qabığını çeynəmək və ya limonlu su ilə qarqara diş ətləri qanamasına qarşını ala bilir. Bu problemlə üzləşənlərə gündə 3 dəfə limon qabığı çeynəmək tövsiyə olunur. Beləliklə, limon qabığı sadə, lakin təsirli üsul təbii antioksidant olan C vitamini sayəsində diş ətlərini gücləndirir və iltihabı azaldır. Həmçinin, limonun antibakterial xüsusiyyətləri də diş ətlərində infeksiyaların qarşısını ala bilir.
Pərviz