Saç tökülməsinə qarşı sarımsaq üsulu nədir?

SAĞLAMLIQ
17:41 / 27.05.2024
525

Saç tökülməsi həm kişilərin, həm də qadınların ortaq problemidir. 

Hit.az bildirir ki, saç tökülmələrinin qarşısını bəzi təbii yollarla almaq mümkündür. 

Saç tökülməsinin qarşısını almaq və ya tökülən saçların yerinə yeni saçların çıxmasını istəyənlər müxtəlif yollarla əl atırlar. Bu təbii üsullardan biri də sarımsaqdır. 

Belə ki, 1-2 dilim sarımsağı blenderdə əzib suyunu çıxarmaq lazımdır. Daha sonra ona E vitamini əlavə olunmalıdır. Sözügedən qarışıq həll olduqda isə saçların seyrelmiş nahiyələrə çəkin və baş dərinizə masaj edin. 30 dəqiqədən sonra da saçınızı isti su ilə yuyun.

Bu prosesi həftədə 1-2 dəfə tətbiq etməklə saç tökülməsinin qarşısını ala və yeni saçların çıxmasına zəmin yarada bilərsiniz. 

Pərviz

0