Tut yarpağının faydaları

SAĞLAMLIQ
22:00 / 29.05.2024
730

İlin günün bu vaxtında tut ağacları bar verir, təbiət min dərdə dəva olan nemətlərini insanlara paylayır.

Tutun çox faydalı meyvə olduğunu hər kəs bilir.

Lakin tut yarpağının faydalarından hamı məlumatlı deyil.Tutun yarpağı meyvəsi qədər  zəngin qida və bəsləyici tərkibə malikdir.

Bu fikirləri Hit.az-a fitoterapevt Yasəmən Əliyeva səsləndirib.

"Tut yarpağ qan şəkərini tənzimləyir, əsəbləri sakitləşdirir. Tut yarpağı zəngin kalsium və maqneziym mənbəyidir. Ulularımız boş yerə barama yetişdirərkən  ipəkqurduna tut yarpağı vermirdilər. Tut yarpağını yaşıl halda dəmləyib , çayını içmək, salatların tərkibində az-az doğrayaraq , çiy istifadə etmək olar", deyən terapevt əlavə edib ki, təbiətdə o bitki yoxdur ki, o hansısa dərdə dərman olmasın.

Murad

0