Yüksək temperatur şəkərin səviyyəsini aşağı salır - Alimlər

SAĞLAMLIQ
22:55 / 30.05.2024
300

Çinin Vayzonq Kənd Təsərrüfatı Universitetinin alimləri müəyyən ediblər ki, yüksək temperatura məruz qalma siçanlarda qanda qlükoza səviyyəsini aşağı salır və hüceyrə insulinə həssaslığını artırır. 

HİT.az xəbər verir ki, araşdırmanın nəticələri "Life Metabolism" jurnalında dərc olunub.

Təcrübənin bir hissəsi olaraq, alimlər kök siçanları yüksək temperatura (40°C) məruz qoyublar. Tədqiqatçılar isti şəraitə məruz qalmanın gəmiricilərin hüceyrə metabolizminə necə təsir edəcəyini anlamağa çalışıblar. Məlum olub ki, yüksək hava temperaturu qan şəkərinin səviyyəsinin azalması da daxil olmaqla bir neçə prosesin başlanmasına kömək edib.

Bundan əlavə, gəmiricilər insulinə artan hüceyrə həssaslığını göstərib. Bu göstərici bədəndə qidadan qlükoza paylanmasında iştirak edən insulin reseptorlarının düzgün işləməsini xarakterizə edir.

Alimlər müəyyən ediblər ki, bu təsir sfinqolipid mübadiləsinin mexanizmlərinə əsaslanır. Bu, yüzlərlə molekulyar növ və metabolik yolları əhatə edən mürəkkəb bir prosesdir. Bunlara keramidin deqradasiyası daxildir - mitoxondriyada yağ turşularının metabolizmindən məsul olan və piylənmənin inkişafında mərkəzi rol oynayan lipidlərin (yağ kimi molekulların) parçalanması.

Samir

0