Kabab sevənlərin nəzərinə...

SAĞLAMLIQ
21:17 / 30.05.2024
340

Havalar istiləşdikcə hansısa istirahət məkanında, bulaq başında kabab çəkmək ən sevdiyimiz məşğuliyyətlərdən biridir. 

Bundan əlavə ilin bütün fəsillərində qonaqlıqlarda, ziyafətlərdə, toy-nişan mərasimlərində kababın verilməməsindən söz belə gedə bilməz.

Birsözlə Azərbaycan xalqı kababı sevir. 

Dietoloq Leyla Sarıyeva  Hit.az-a şərhində deyib ki, çox qızardılmış ət yeyən insanların mədələrində xərçəng yaranma ehtimalı yüksəkdir. Daha çox odun üzərində, kömürlə təmasda olan yeməklərdən istifadə zamanı əmələ gəlir:

“İndi əksər heyvanların ətində çox sayda təhlükəli mikrob və bakteriyalar olur ki, bunlar da kabab, dönər, kolbasa, qızartma kimi yeməklərlə orqanizmə keçir. Bu bakteriyalardan 4-ü hətta qaynadıqda belə ölmür. Üstəlik əti çeynəyən dişlərə də çox yük düşür. Ətin qaydanıdalara yeyilməsi daha məqsədəuyğundur”.

Sevinc

0