Görüntüsü ilə diqqəti cəlb edən iri çiyələklər GMO-dur?

19:21 / 30.05.2024
808

“Hazırda satışa çıxarılan bu dadsız çiyələklərin əksəriyyəti bazar üçün hazırlanıb. Uzun müddət xarab olmur, bərkdir, görünüşü cəlbedicidir”.

Bu sözləri Hit.az-a həkim ekspert Pərvanə Mustafayeva deyib.

Onun sözlərinə görə, çiyələk təmiz yuyulmalıdır: 

“Çünki çiyələk torpaqla təmasda olur. Ən təhlükəli bakteriyalar torpaqdadır. Eyni zamanda onu da bildiririk ki, yumşaq çiyələk almaq lazımdır, onlar nisbətən daha yaxşıdır. Çiyələklərin tez xarab olmasına səbəb isə faraş şəkildə yetişdirilməsidir. Faraş şəklində müəyyən temperatur yaradılır ki, məhsul vaxtından əvvəl yetişə bilir.

Zəhərlənmə məsələsinə qaldıqda isə çiyələk, qarpız, bostan məhsullarında kəndçilərimiz bilmədən əkinə normadan artıq dərman, gübrə verirlər. Bu isə insanda mədə-bağırsaq pozğunluğuna, eləcə də zəhərlənməyə gətirib çıxara bilir.

Ümumiyyətlə, son vaxtlar cəmiyyətdə iri, yaxşı görünüşlü hansı məhsul olursa, hamı GMO-dan şübhələnir. GMO-lu məhsul ancaq görünüşlə bilinmir, onun mütləq genini yoxlamaq lazımdır. Bəzən elə GMO-ya uğrayan məhsullar da olur ki, onların həcmi kiçik olur və parlaq olmur. Bu səbəbdən də mütləq gen yoxlanmalıdır”.

Sevinc

1