Xarici qidaları yeyəkmi?

SAĞLAMLIQ
21:56 / 30.05.2024
327

Son illər qida rasionumuza çoxlu sayda xarici mənşəli yeməklər daxil olub.

Xüsusən ictimai iaşə obyektlərində belə qidalara üstünlük verilir. 

Əhali bu tip qidalara daha çox maraq göstərdiyindən, təklif də bu şəkildə formalaşır. 

Bəs bilirikmi ki, xarici mənşəli qidalar orqanizmə nə dərəcədə faydalıdır? 

Həkim ekspert Adil Qeybulla Hit.az-a deyib ki, elə məhsullar var ki, xaricdən konserv olunaraq, gətirilir. Bunlar müəyyən müddət üçün hazırlanmış məhsullar olduğundan tərkibinə müxtəlif qida əlavələri artırılır: 

“Bunlar qidanın saxlanmasına, müəyyən formada qalmasına təsir edir. Dünyada qəbul olunmuş standartlara görə həmin əlavələr məhsulun üzərində göstərilməlidir. İkinci tip qidalar isə genetik modifikasiya olunmuş ərzaqlardır ki, onlar bu gün geniş şəkildə istifadə olunur. Xarici mənşəli qidalar orqanizm üçün müəyyən fəsadlar törədə bilər”.

Sevinc

0