Həddindən artıq duz istifadəsi dünyada sağlamlıq problemlərindən birinə çevrilib.
Hit.az bildirir ki, duz vücudumuz üçün həyati əhəmiyyətə malik olsa da, çox istifadə etdikdə problemlərə yol aça bilir.
Həddindən artıq duz qəbul etmək xüsusilə böyrəklərə mənfi təsir göstərir.
Bəs həmin təsirlər hansılardır?
1. Yüksək qan təzyiqi:
Duz tərkibindəki natrium səbəbindən qan təzyiqini artırır. Yüksək qan təzyiqi (hipertoniya) isə böyrək damarlarına zərər verə bilər. Bu isə öz növbəsində böyrəklərin düzgün işləməsinə mane olur. Nəzərə almaq lazımdır ki, uzunmüddətli qan təzyiqi böyrək çatışmazlığına belə səbəb ola bilər.
2. Böyrək daşları:
Həddindən artıq duz istehlak etmək sidikdə kalsiumun miqdarını artıra bilər. Bu da böyrək daşlarının əmələ gəlmə riskini artırır. Üstəlik, böyrək daşları böyrək funksiyasını poza və ciddi ağrılara səbəb ola bilər.
3. Proteinuriya:
Həddindən artıq duz qəbulu sidikdə protein itkisinə səbəb olur. Bunun da elmi adı proteinuriyadır.
4. Xroniki böyrək xəstəliyi:
Uzun müddət həddindən artıq duz qəbul etmək böyrəklərin xroniki zədələnməsinə gətirib çıxarma ehtimalı var. Bu vəziyyət böyrək funksiyasının tədricən azalmasına və nəticədə xroniki böyrək xəstəliyi ilə nəticələnə bilər.
5. Maye tutma:
Duz orqanizmdə suyun tutulmasına səbəb olur. Bu da böyrəklərin iş yükünü artıra və böyrəklərin zədələnməsinə səbəb ola bilər. Bu həmçinin mayenin tutulması, ödəm və ürək çatışmazlığı kimi başqa sağlamlıq problemlərinə də gətirib çıxarır.
Qeyd edək ki, bütün bu səbəblərə görə duz istehlakını məhdudlaşdırmaq olduqca vacibdir. Böyrək sağlamlığınızı qorumaq üçün duz istehlakını gündəlik tövsiyə olunan miqdarı keçməməyiniz tövsiyə olunur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) böyüklər üçün gündəlik duz istehlakının 5 qramdan çox olmamasını məsləhət görür.
Həmçinin, çox duz istifadə edən insanlara mütəmadi maye qəbulu tövsiyə olunur. Kifayət qədər su içmək böyrək funksiyasını qorumağa kömək edir.
Pərviz