Əriyin bitməyən faydaları…

21:10 / 31.05.2024
362

Ərik digər meyvələrdən tərkibində daha çox vitamin və mineral olması ilə seçilir. 

Hit.az xəbər verir ki, əriyin orqanizmə və müxtəlif xəstəliklərə 10 –dan çox faydası vardır.

Duzları çıxarır, iltihabı azaldır, artrit və artroz, revmatizm, sümük yeyilməsi xəstəliklərində təzə şirəsi faydalıdır.

Ərikdə olan kalium damarların tonusunu yaxşılaşdırır, yüksək təzyiqi salır, dəmir isə hemoqlobini artırır.
Beləliklə, ürəyin işi yaxşılaşır.

Ərik və qurusu görməni artırır, göz sinir və damarlarını qidalandırır. 

Xroniki qəbizlikdə ərik və qurusu çox lazımlıdır.

Ərik bağırsağın sağlam mikroflorasını tənzimləyir, onun peristaltikasını yaxşılaşdırır.

Ərik prostat vəzin qan damarlarını möhkəmlədir və qan dövranını yaxşılaşdırır.

Ona görə kişilərdə potensiyanı  artırır.

Sevinc

0