Tutun faydaları

22:54 / 31.05.2024
416

Keçmişdən bu günə qədər bir çox xəstəliyin müalicəsi olaraq, istifadə edilən qara tut meyvəsi sevilərək istehlak edilir.

Araşdırmalar zamanı müəyyən edilib ki, tut bir çox xəstəliklərin dərmanıdır.

Hit.az xəbər verir ki, tut arıqlamağa kömək edir. Belə ki, 100 qramında yalnız 44 kilokalori olan qara tut az kalorili yay meyvələri arasında əla seçimdir.

Meyvənin şəkəri az olduğu üçün qan şəkərini sabit saxlayır. 100 qram qara tutun tərkibində təxminən 10 milliqram C vitamini var.

Qara tut şəkərli diabetin qarşısını alır və anemiyanı aradan qaldırır.  

Qara tuta bənövşəyi-qara rəng verən flavonoidlər qocalma əleyhinədir. Qara tut kalsium tərkibli olduğundan ağız və diş sağlamlığını qorumaqda əhəmiyyətli rola malikdir.

Həmçinin, qara tutun tərkibində “ellagiç” adlandırılan bir maddə var. Bu maddənin xərçənglə mübarizə aparan ən güclü təbii vasitə olduğu bildirilir.
Hətta bir çox xərçəng hüceyrələrinin yaranmasına mane olur.

Sevinc

0