Yeməkdən sonra nələri etmək olmaz?

23:54 / 03.06.2024
1219

Sağlam qidalanma təkcə faydalı qidaları seçib, yeməkdən ibarət deyil. Çox az insanlar yemək qəbulundan sonra nə etdiyinə heç fikir də vermir.

Hit.az yeməkdən sonra uzaq durmalı olunan vərdişləri təqdim edir: 

Yeməkdən sonra dərhal çay süfrəsi açmaq da süfrə etiketindədir. 

Çay qidadan dəmir və zülalların mənimsənilməsinə mane olur.

Çay yeməkdən ən azı 1 saat sonra içilməlidir.

Yaxşı olar gün ərzində qida qəbulu arasındakı müddətdə içilsin.

Desert bayram süfrələrinin vazkeçilməzidir.

Həkimlər yeməkdən sonra desetrə şirin qidalar qəbulunun zərərli olduğunu bildirir. Bu, artıq çəki, piylənməyə səbəb olur, hormonal disbalans yaradır. Xüsusən uşaqlara bu vərdişi aşılamayın.

Ağır yeməklərdən sonra vanna və duş qəbul edəndə qan dövranı aşağı ətraflarda güclənir, mədə və mədəaltı vəzidə bir az zəifləyir.

Qidanın tez və düzgün həzmi üçün qan dövranı vacibdir.

Çimməklə biz bu qanunauyğunluğu pozuruq. Ona görə tox qarına çimmək olmaz məsəlinə riayət edin.

Yoxsa mədə və qarın ağrısı hiss edəcəksiz.

Yeməyin ardından dərhal yandırılan bir siqaret 10 siqaret çəkməyə ekvivalent sayılır. Və bu vəziyyət xərçəngə tutulma riskini artırır.

Yeməyin dərhal ardından yatmaq da həzm sisteminin hərəkətinə, bağırsağın iltihabına və mədə narahatlığına səbəb olur. Həm də kökəlmənizə səbəb olar.

Sevinc

0