"Sağlam olmaq istəyirsinizsə, dadlı bildiyiniz hər şeyi ağzınıza atmayın. Saxlayın, nəfsinizə güc gəlin , səhər, günorta və ya axşam yeməyinə oturarkən yeyin. Çünku siz ağzınıza bir loxma qoysanız da, bir boşqab yesəniz də, orqanizm eyni şəkildə işə düşür. Mədə qidanı həzm etmək üçün şirə buraxır, insulin ifraz olunurur, mədəaltı vəz lazım olan turşunu hazırlayır. Bir sözlə böyük bir motor işə düşür".
Bu fikirləri Hit.az-a həkim dietoloq Nazlı Vəlizadə səsləndirib.
O bildirib ki, ara öyünlər yemək orqanizmi tez yorur və yaşlandırır:
"Təsəvvür edin ki, orqanizm bir paltaryuyan maşındır. Bir corab yumaq üçün onu gündə 5 dəfə işə salsanız, əlbəttə problem yaranar, xarab olar. Orqanizm də belədir. Odur ki, xırda atışdırmalıq yeməklərlə orqanizmi gücə salıb, yormayın,qocaltmayın.Aralıqlı oruc sağlam oeqanizm üçün daha faydalıdır. Az-az yemək isə ödü götürülmüş və digər mədə-bağırsaq problemi yaşayan insanlara tövsüyə olunur", deyə o bildirib.
Murad