Yata bilməyənlərə ŞAD XƏBƏR: Banan qabığını qaynadın və..

21:45 / 04.06.2024
377

Gecələr yata bilməmək bir çox insanın qarşılaşdığı problemlərdən biridir.

Hit.az xəbər verir ki, bu problemin bir çox həll yolu mövcuddur.

Bu gün həmin həll yollarından birinə nəzər salacağıq. Söhbət banan qabıqları ilə bağlı olan üsuldan gedir. Belə ki, bananın özü kimi qabığı da olduqca faydalıdır.

Deməli, bananın qabığında olan B6 vitamini yuxu rejimimizi tənzimləməyə kömək edir. Ona görə rahat yatmaq üçün banan qabığından istifadə edə bilərsiniz. 

Bunun üçün soyulmuş banan qabığını ucları kəsilmiş halda suya qoyun və qazanın qapağını bağlayıb qaynadın. Təxminən 10 dəqiqə qaynatdıqdan sonra həmin suyu stəkana süzün.

Hər gecə yatmazdan əvvəl banan qabığının suyunu içsəniz, rahat şəkildə yata bilərsiniz. Beləliklə, ertəsi günə daha enerjili başlayarsınız. 

Pərviz

0