Energetik içkilər ürək probleminə səbəb olur

20:21 / 04.06.2024
403

Son illər ürək damar xəstəliyindən əziyyət çəkənlər arasında gənc nəsil üstünlük təşkil edir. 

Kardioloq Ələkbər Səmədov Hit.az-a deyib ki, indi 28-30 yaşlarında cavan oğlanlar hipertoniyadan əziyyət çəkir: 

“Gənclər tərəfindən energetik içkilərin qəbulu, qəlyanın çəkilməsi, onların qeyri-sağlam həyat tərzi keçirməsi ölkəmizdə ürək-damar xəstəliklərini cavanlaşdırır. Energetik içkilərin tərkibində kofeindən başqa, insanın sinir sisteminə olduqca mənfi təsir edən toksiki maddələr, konservantlar var. Həmin maddələr insanlarda təzyiqi yüksəldir. Bu da öz növbəsində hipertoniyası olan insanların sayını artırır. Tələbələr arasında stres faktoru daha çox olduğuna görə hipertonik gənclərin sayı getdikcə artır. Biz xəstə olmaq istəmiriksə, təbiətə daha yaxın olmalı, təbii qidalar və içkilər qəbul etməliyik. Bununla yanaşı, insanlar ildə heç olmasa, bir dəfə kardioloq müayinəsindən keçməlidirlər".

Sevinc

0