Arıqlamaq üçün fasilələrlə ac qalınmalıdır?

SAĞLAMLIQ
23:54 / 04.06.2024
373

Artıq çəkidən azad olmaq istəyənlər pəhriz, dieta saxlamaga üstünlük verir.

Bəzi insanlar isə günün çox hissəsini yemək yeməməyə üstünlük verir.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, yemək orqanizmi enerji və qida maddələrilə təmin edir: 

"Aclıq şəraitində isə əlverişsiz şəraitə uyğunlaşmaq üçün orqanizmdə müəyyən mexanizmlər işə düşür, bunun nəticəsində maddələr mübadiləsi zəifləyir, enerjiyə olan tələbat da azalır. Beləliklə, əvvəl balanslaşdırılmış sayılan yemək, fasilələrlə qidalanmadan sonra artıq çəkiyə çevrilir, bəzən isə ciddi xəstəliklərlə nəticələnir. Çox yeməməklə bərabər, eyni vaxtda və gündə azı üç dəfə qida qəbul edilməlidir. Bunun yanında yatmağa 1,5–2 saat qalmış qatıq və başqa ağartı məhsullarını içmək olar".

Sevinc

0