Azərbaycanda koronavirus və qızılcaya yoluxmanı azaldan SƏBƏB

SAĞLAMLIQ
15:11 / 05.06.2024
463

"Azərbaycanda koronavirus və qızılca xəstəliklərinə yoluxmaların sayı kəskin azalıb". 

Bu sözləri infeksionist Ləman Qalimova Hit.az-a açıqlamasında deyib. 

O, sözügedən viruslara yoluxmanın azalmasının səbəblərindən də danışıb:

"Ölkəmizdə koronavirus və qızılca xəstəliklərinə yoluxma müəyyən dönəmlərdə kəskin artmışdı. İndi isə vəziyyət bir qədər sakitləşib. Təbii ki, buna kömək edən əsas məqam vaksinasiya prosesləridir. Çünki peyvənd olunanların sayı artıqca profilaktik qaydalara riayət edənlərin də sayı artır". 

Həkim vurğulayıb ki, koronavirus pandemiyasından sonra insanlar xəstəliklərə qarşı daha diqqətli davranmağa başlayıblar:

"Əslində koronavirus bizə dərs keçdi. Ondan sonra sosial məsafəni qorumağa, maskadan istifadə etməyə və əllərimizi tez-tez yumağa başladıq. Bunlar vərdiş halını aldığı üçün də belə viruslara yoluxmaların sayı əvvəlki dərəcədə olmur. Düzdür, yenə yoluxmalar qeydə alınır. Lakin bu, çox az saydadır".

Pərviz

1