ŞOK! Sürətli şəkildə arıqlamaq bu xəstəliyə SƏBƏB OLUR

20:10 / 05.06.2024
411

Sürətli şəkildə çəki itirməyin yeni fədadları ortaya çıxıb.

Hit.az xəbər verir ki, bunun xərçəngə yol aça biləcəyi məlum olub.

Araşdırmalar nəticəsində bəlli olub ki, sürətli şəkildə çəki itirən insanların xərçəng xəstəliyinə yoluxma ehtimalı yüksəkdir. 

Bununla bağlı "American Medical Association" jurnalı tərəfindən araşdırma aparılıb. Vücut çəkisinin 10 faizdən artığını itirən təxminən 100 min nəfərdən analiz götürülüb. Ortaya çıxan nəticə isə şok effekti yaradıb. Çünki həmin 100 min nəfərdə 362-sində 12 ay ərzində xərçəng xəstəliyinin əmələ gəldiyi aşkarlanıb.

Bildirilib ki, qida borusu, mədə və mədəaltı vəzinin şişləri son vaxtlar heç bir səy göstərmədən arıqlamış insanlar arasında ən çox yayılmış xərçəng növlərindəndir. Həkimlərin sözlərinə görə, çəki itkisi udma çətinliyi və ya xərçəngin yaratdığı ağrı ilə əlaqəli ola bilər. Ona görə ki, yuxarı mədə-bağırsaq xərçəngi xəstələrin qidalanmasını çətinləşdirə bilər.

Lakin tədqiqatçılar onu da əlavə ediblər ki, döş, beyin və melanoma da daxil olmaqla bir çox xərçəng növlərinin kilo itkisi ilə əlaqəsi yoxdur.

Pərviz

0