Dəri xərçənginə qarşı peyvəndin sınağından əldə edilən ilkin məlumatlar onun şişin təkrarlanma riskini 49% azalda biləcəyini göstərir.
Hit.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Tədqiqatda üçüncü-dördüncü mərhələdə aqressiv dəri xərçəngi (melanoma) olan 158 xəstə iştirak edib. Bəziləri standart müalicə alıb, bəziləri isə immunoterapiya və xərçəng peyvəndi qəbul edib. 2,5 ildən sonra ənənəvi terapiya qrupunda olan xəstələrin 56%-i və peyvənd qrupunda olanların 75%-i xərçəngdən azad olub. Peyvəndi alanlarda xərçəngin təkrarlanma və ölüm riski 49% aşağı olub.
"Modern"a və MSD tərəfindən hazırlanmış peyvənd şişin genetik xüsusiyyətləri nəzərə alınmaqla fərdi olaraq yaradılır. İmmunitet sisteminə xərçəng hüceyrələrini daha yaxşı tanımağa və məhv etməyə kömək edir.
Mütəxəssislər döş və kolorektal xərçəngə qarşı peyvənd sınaqlarında da oxşar uğur gözlədiklərini bildiriblər. Dərmanlar klinik sınaqlarda iştirak etməyən xəstələr üçün mövcud deyil. Bununla belə, 2024-cü ilin aprelində "Moderna"nın baş direktoru, melanoma peyvəndinin 2025-ci ildə bazara çıxa biləcəyini söyləyib.
Samir