Uşaqlarda dırnaq yemə vərdişi

SAĞLAMLIQ
20:39 / 06.06.2024
304

Uşaqların 33 faizində dırnaq yemə vərdişinə rast gəlinir.

Bu hal erkən yeniyetməlik dövrünə qədər davam edir.

Bu hal valideynləri narahat edir. 

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, uşaqlar dırnaq yeməklə böyükləri təqlid edirlər.

Yeniyetməlik dövründə ətrafdan sosial dəstək görənlərin çoxu bu vərdişi tərgidir:

 “Dırnaq yemə alışqanlılığının səbəbləri Bu davranışın altında duran səbəblər barmaq əmmədə olduğu kimi, demək olar ki, psixoloji narahatlıqla əlaqədardır. Vərdiş daha çox basqı altında olan həyəcanlı vəziyyətlərlə əlaqədardır. Ailədə olan xəstəliklər uşaqlarda itirmə qorxusu və dolayısı ilə dırnaq yemə ortaya çıxar. Valideynlər xəstəliyi necə qəbul edib , reaksiya verərlər isə uşaqlar da o cür qəbul edib reaksiya verərlər. Xəstəlik nə qədər dramatikləşdirilərsə, uşaq da onu o qədər çətin qəbul edər və hatta daha ağır – psixi travmaya səbəb ola bilər. Bacı-qardaş qısqanclığı təxminən yeni uşaq dünyaya gələndən 3-4 ay çəkir, sonra isə böyük yaşda olan uşaq vəziyyətə adaptasiya olur. Əgər o qısqanmağa davam edərsə , valideynlərin uşaqlara olan münasibətində doğru olmayan tərəflər vardır. Qısqanclıq sevgi doyumsuzluğundan və özgünən əksikliyindən yaranır. Nəticədə uşaqda dırnaq yemə problemi ortaya çıxa bilər”.

Sevinc

0