Qrip və öskürəyə qarşı inanılmaz ÜSUL: Sarımsağı barmağınıza yapışdırın

SAĞLAMLIQ
19:53 / 06.06.2024
421

Bu gün sizə sarımsağın daha bir faydasından bəhs edəcəyik. 

Hit.az bildirir ki, sarımsaqla bəzi ağrılardan xilas ola bilərsiniz. 

Sarımsağı müntəzəm olaraq istehlak etdikdə sağlamlığınız üçün bir çox faydalar təmin edir. Üstəlik, onun tərkibindəki C vitamini, dəmir, kalium, fosfor və B vitaminləri immunitet sisteminizi gücləndirməkdə çox təsirli olan təbii üsullardan biridir.

Bir çox xəstəliyə qarşı effektiv olan sarımsaq xüsusilə qrip və soyuqdəymə ilə mübarizəyə böyük kömək edir. Hətta bir çox hallarda sarımsaq sözügedən xəstəliklərə qarşı dərmandan daha effektiv olur. 

Sarımsağı barmağa yapışdırma üsulundan da istifadə edə bilərsiniz. Bu metod öskürəkdən və qripdən xilas olmağınıza kömək edəcək. Sarımsağı barmağa yapışdırmaq alternativ tibbin təklif etdiyi yollardan biridir. 

Bu üsulu tətbiq etmək üçün bir diş sarımsağın qabığını soyun və sonra soyulmuş hissəni iki yerə bölün. Həmin hissəni yara bandı ilə baş barmağınıza yapışdırın. Sarımsağı barmağınıza yapışdırdıqdan sonra isə hər yarım saatdan bir üzərinə basaraq masaj edin. Barmağınızda yanma hissi yaranana qədər bu prosesə davam edin və yanma hiss etdikdə sarımsağı çıxarın. Nəticədə, qrip və öskürək kimi xəstəliklərdən xilas olacaqsınız. 

Pərviz

0