Qocalanda sağlam olmaq üçün nələrə diqqət etməliyik? - 6 FAKT

SAĞLAMLIQ
21:42 / 07.06.2024
344

Sağlam yaşamaq üçün düzgün qidalanma və lazımi qədər hərəkət etmək şərtdir. 

Yaşlananda səhhətinizdə ciddi problemlərin olmaması üçün zamanında doğru addımlar atmaq lazımdır. Unutmayın ki, cavanlıqda sağlam həyat tərzi yaşamaq yaşlananda xoşbəxt və problemsiz olmağınıza zəmin hazırlayır. 

Bəs sağlam həyat tərzi yaşamaq üçün nələrə diqqət etməliyik? 

Hit.az qocalanda daha rahat yaşamağınız üçün zamanında diqqət etməli olduğunuz əsas məqamları təqdim edir:

1. Düzgün qidalanmaq

Gündəlik kifayət qədər yemək, xüsusilə də doğru qidalanma rejiminə əməl etmək olduqca mühümdür. Həmçinin, meyvə və tərəvəzlərdən də istifadə çox faydalıdır. 

2. İdman etmək

Mütəmadi şəkildə idman etmək sizin sağlam qalmağınıza kömək edir. Belə ki, əzələləri gücləndirmək, elastikliyi artırmaq, çəki nəzarətini saxlamaq və ümumi sağlamlığı yaxşılaşdırmaq üçün müntəzəm məşq çox vacibdir. 

3. Stressdən uzaq qalmaq

Stress yaşlanma prosesini sürətləndirir və səhhətinizə mənfi təsir göstərir. Ona görə də stressdən uzaq durmağınız tövsiyə olunur. 

4. Pozitiv qalmaq

Stressdən uzaq qalmaqla yanaşı, zamanınızı pozitiv keçirməyiniz də olduqca mühümdür. Araşdırmalar gülüşün insan ömrünü uzatdığını sübut edib. Bu səbəbdən də mütəxəssislər güləcəyiniz filmlərə və tamaşalara baxmağı, habelə əylənəcəyiniz anlar yaşamağı məsləhət görürlər. Çünki bu, səhhətinizə birbaşa təsir göstərir. 

5. Yuxu rejimi

Həkimlər hər zaman yuxu rejiminə xüsusi diqqət etməli olduğumuzu vurğulayır. Çünki yetərli qədər yatmamaq bir çox sağlamlıq problemlərinə gətirib çıxarır. Əlbəttə ki, bunun da qocalanda mənfi tərəfləri özünü qabarıq şəkildə göstərir. Ona görə hər gün eyni vaxtlarda yatıb, durmağınız tövsiyə olunur. Ən azı 7-8 saat yatmaqla bir çox sağlamlıq problemini önləyə bilərsiniz. 

6. Həkimə getmək

Orta yaşı keçdikdən sonra rahat qocalıq həyatı yaşamaq üçün mütəmadi olaraq həkimə getmək lazımdır. Davamlı olaraq tibbi müayinədən keçməklə bir çox xəstəliyə ilk mərhələsində qalib gəlmək mümkündür. Ona görə də həm mütəmadi olaraq tibbi müayinədən keçmək, həm də ağrı hiss edəndə həkimə getmək lazımdır.

Pərviz

0