Bədənşəkilləndirmə əməliyyatından sonra yenidən qarın böyüyər?

SAĞLAMLIQ
21:00 / 07.06.2024
354

Son illər bədənşəkilləndirmə əməliyyatları həddən artıq dəbə düşüb desək, yeri var. Gözəllik hamının arzusudur və bunu həkim bıçağı ilə sürətlə həll etmək mümkündürsə, imkanı olan heç kim yox demir. Xüsusilə yeməyi sevib, idmanla qarnını əridə bilməyənlər qarıngərmə əməliyyatları ilə fit görünüşə sahib olmaq istəyirlər. 

Maraqlıdır, bəs bu əməliyyatlardan sonra qarın yenidən böyüyə, köhnə formasına qayıda bilər?

Hit.az-ın sualını cavablandıran plastik cərrah Naib Kərimli bildirib ki, əgər yeməyə diqqət edilməzsə, verilən kilolar sürətlə geri qayıdır:

“Əməliyyatdan sonrakı ilk 6 ayda qidalanmaya diqqət etmək vacibdir. Bu müddətdə toxumaların özünübərpa prosesi gedir. Piy çəkdirdim, daha kökəlməyəcəm deyə bir şey yoxdur. Tibb hələ buna nail ola bilməyib. Qarından piy aldırmaq arıqlama əməliyyatı deyil. Hətta mədəsini kəsdirdib, kiçiltdirdikdən sonra kökələn pasiyentlərimiz var”, -deyə o bildirib.

Murad

0