Qeysəriyyə əməliyyatına niyə üstünlük verilir?

SAĞLAMLIQ
22:50 / 07.06.2024
306

Son illər qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınların sayı artıb. 

Hazırda bu əməliyyat dünyada ən çox yayılmış on əməliyyatdan biri hesab edilir.

Maraqlıdır, qeysəriyyə üsulu ilə ana olanların sayı niyə durmadan artır? Qeysəriyyə yoxsa təbii doğuş daha risklidir?

Ginekoloqa həkim Aidə Süleymanova Hit.az-a deyib ki, son illər qeysəriyyə əməliyyatına üz tutanların sayı artıb:

"Anadan öncə hətta ailəsi uşağın əməliyyatla götürülməsi qərarını verir. Bəzən də bunu qonşudan geri qalmamaq üçün edirlər. İnsanlar hesab edirlər ki, bu yol ilə ana olmaq kübar bir işdir. Təbii yol ilə əziyyət çəkib, uşağı dünyaya gətirmirlər. 

Onu da nəzərə almaq lazımdır ki, qeysəriyyə əməliyyatı zamanı uşağın həyatı risk altında olmur. Əməliyyatı uşağı riskdən qurtarmaq üçün edirlər. Ananın həyatı risk altında ola bilər.qeysəriyyə kəsiyi əməliyyatının planlı şəkildə hamiləliyin tam 38-ci həftəsindən tez aparılması uşaqların sağlamlığında böyük problemlər yaradır. Bu hal yenidoğulmuşlar arasında ilk növbədə tənəffüs, daha sonra isə mərkəzi sinir, ürək-damar, mədə-bağırsaq və s. sistemlərdə problemlərin yaranmasına səbəb olur".

Sevinc

0