Cavanlaşdırıcı dərmanlar

SAĞLAMLIQ
22:37 / 11.06.2024
669

Son illər sosial şəbəkədə müxtəlif növ cavanlaşdırıcı preparatlar satılır.

İddia olunur ki, bu dərmanlar dərini gözəlləşdirməklə yanaşı, insanın əhvalını, sağlığını da yaxşılaşdırır. 

Həkim ekspert Pərvanə Mustafayeva Hit.az a deyib ki, son illərdə kollagen əlavələrinə böyük tələbat var: 

"Kollagen əksər toxuma və orqanların, xüsusən də sümüklər, dəri, əzələlər, vətər və oynaqların strukturunda yüksək miqdarda olan bir proteindir. Bu maddə dəriyə elastiklik verir, toxumaların və orqanların canlı qalmasına kömək edir. Ancaq yaşlandıqca azalır. Yaş artdıqca azalan kollagenin qəbul edilən əlavələrlə cavanlaşmaq mümkün deyil. Ümumiyyətlə, sümük sağlamlığı üçün istifadəsi tədqiqatlarda tövsiyə edilmir".

Sevinc

0