Alçanın faydaları

SAĞLAMLIQ
22:37 / 12.06.2024
562

Alça ən sevimli meyvələrdən biridir. Hit.az alçanın faydalı xüsusiyyətlərini təqdim edir:

1. Yaşıl alça C vitamini ilə çox zəngindir. C vitamini güclü antioksidantdır, damarları daha möhkəm və elastik edir.

2. Alçanın tərkibində PP (B3) vitamini var. Bu vitamin orqanizmi hüceyrə səviyyəsində müxtəlif mutasiyalardan qoruyur.

3. Kaliumla zəngin olan alça ürək üçün çox faydalıdır, arterial təzyiqi tənzimləməyə kömək edir. 

4. Alça xolesterini aşağı salır və bununla da ürək-damar sistemi xəstəliklərinin riskini azaldır. 

5. Alça xərçəngin yaranma riskini də azaldır. Ağciyər xərçəngi, xroniki ağciyər narahatlıqları, astma və soyuqdəymə kimi xəstəliklər üçün problemlərin aradan qaldırılmasına kömək edir.

Sevinc

0