Qurban bayramında necə qidalanmalı?

SAĞLAMLIQ
14:43 / 13.06.2024
524

Qurban bayramı ilə əlaqədar Azərbaycanda bir neçə gün iş olmayacaq.

Məlumdur ki, bu günlərdə bir-birindən ləzzətli təamlarla zəngin olan bayram süfrələri açılacaq. 

Bayram günlərində çox ət və şirniyyat qəbulu ciddi sağlamlıq problemlərinə yol aça bilər. Əsasən də təzyiq, şəkər, ürək-damar problemləri və böyrək çatışmazlığı kimi xroniki xəstəlikləri olan insanlar üçün təhlükəli ola bilər.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, Qurban bayramında adətən əti kəsən kimi dərhal bişirirlər:

"Bu, ümumiyyətlə sağlamlıq üçün o qədər də faydalı hesab olunmur. Xüsusilə, mədələrində həzm problemləri olan insanlar üçün həmin ətin dərhal kəsilib bişirilməsi çox təhlükəlidir. Yaxşı olar ki, ətin yumşalması üçün bir neçə vaxt, məsələn 24 saata qədər bir müddətdə soyuducuda saxlanılsın. Bu halda artıq onu sağlam istehlak etmək olar”.

Ekspert onu da əlavə edib ki, bayram günlərində qızardılmış ət və ət məhsullarının çox istifadəsi qastrit, xora xəstəliyinin daha da kəskinləşməsinə şərait yarada bilər:

"Mədəaltı vəz və öd daşı xəstəliklərindən əziyyət çəkən şəxslərdə Qurban bayramında çox vaxt kəskin ağrılar müşahidə oluna bilər.Yağlı ət məhsulları və soyuq içkilərin birgə qəbulu zamanı ishal, kəskin qarın ağrıları, ürək bulanma və qusma hallarına tez-tez rast gəlinir".

Sevinc

0