Yayda çox tərləmənin səbəbi

SAĞLAMLIQ
23:17 / 13.06.2024
411

Tərləmə insan orqanizminin təbii funksiyasıdır. 

Tərləmə zamanı insan orqanizmindən toksiki maddələr ifraz olunur.

Böyüklərlə müqayisədə uşaqların çox tərləməsi müəyyən narahatlığa səbəb olur.

Həkim Turanə Əsgərova Hit.az-a deyib ki, tərləmə insan orqanizminin təbii funksiyasıdır.
Tərləmə zamanı insan orqanizmindən toksiki maddələr ifraz olunur. Ağır fiziki iş zamanı və isti havada insan fəal şəkildə tərləyir. Dərinin üzərinə çıxan tər-tez buxarlanır və bunun nəticəsində dəri soyuyur: 

"30 yaşdan sonra ifrat tərləmə problemi daha çox meydana çıxır. Çox tərləmə və eyni zamanda sinədə ağrı, qızdırma, nəbzin sürətli vurması, nəfəs darlığı, arıqlama, kimi hallar varsa ən tez vaxtda həkimə müraciət edin. Xüsusilə , ümumi bir tərləmə artımı varsa, sistematik bir xəstəlik düşünülüb, araşdırılaraq, lazımi tədbirlər görülməlidir. Həddindən artıq tərləməyə hormonal xəstəliklər səbəb olur. Tərləmə maddələr mübadiləsinin nəticəsi olaraq ortaya çıxdığından xüsusilə bədən maddələr mübadiləsini sürətləndirən xəstəliklər əvvəlcə araşdırılmalıdır".

Sevinc

0