Yaz qripinə yoluxmamaq üçün nə etməliyik? - Həkim məsləhəti

SAĞLAMLIQ
14:41 / 20.06.2024
433

Son həftələrdə bir çox insanın xəstələndiyini görürük. 

Onlar, yaz qripi deyilən xəstəliyə yoluxurlar. Sözügedən xəstəlik özünü asqırma, öskürmə, qusma, yüksək hərarət kimi simptomlarla biruzə verir. Üstəlik, bu xəstəliyə yoluxanların artması insanları ciddi şəkildə narahat edir. 

Bəs bu xəstəliyə yoluxmamaq üçün hansı önləyici addımları atmaq lazımdır? Həmçinin, xəstəlikdən xilas olmaq üçün nələr etməliyik?

Bununla bağlı infeksionist Ləman Qalimova Hit.az-a açıqlama verib. O bildirib ki, son zamanlarda bir günün içində anidən başlayan qarın ağrısı, qusma və temperaturun qalxması kimi şikayətlər artıb:

"Xüsusilə son 10-15 gündə bu kimi şikayətlərlə bizə müraciət edənlərin sayında artım var. Üstəlik, bu simptomlar evdə birində varsa, digərlərinə də çox sürətlə keçir".

Həkim bu xəstəliyə yoluxmamaq üçün nələr etməli olduğumuzu deyib:

"Bu xəstəliyə yoluxmamaq üçün önləyici tədbir olaraq mütləq şəkildə qidalanmaya yaxşı fikir vermək lazımdır. Həmçinin, əl gigiyenasına diqqət etməliyik. Bundan başqa, bütün qidaları yuduqdan sonra yeməliyik. Sözügedən xəstəliklərə yoluxmamaq üçün bunlara fikir vermək vacibdir". 

İnfeksionist vurğulayıb ki, xəstəlikdən xilas olmaq üçün həkimə müraciət etmək mütləqdir:

"Xəstəlikdən xilas olmaq üçün isə vaxtında həkimə müraciət etmək lazımdır. Unutmayın ki, həkim önləyici tədbirləri tətbiq etdiyi üçün tez bir zamanda səhhətiniz yaxşılaşır".

Pərviz

0