İsti havaya qarşı atılmalı 15 ADDIM

SAĞLAMLIQ
13:40 / 21.06.2024
359

Son günlərdə havalar kifayət qədər isti keçir. 

Hit.az bildirir ki, hər gün havanın temperaturunun 36-38 dərəcə olması müşahidə olunur. Havaların həddindən artıq isti keçməsi isə bir çox insana mənfi təsir göstərə bilir. Lakin istidən qorunmağın müxtəlif yolları da mövcuddur. 

Mütəxəssislərin isti havalarda ciddi sağlamlıq problemlərinin qarşısını almaq üçün tövsiyələri aşağıdakılardır:

1. İlk növbədə ictimai nəqliyyatda kondisionerdən istifadə edilməlidir.

2. İstiyə qarşı geyimə də diqqət etməliyik. Belə ki, təbii materiallardan hazırlanmış yüngül, boş və açıq rəngli paltarlar geyinilməlidir.

3. Ağır hesab olunan yeməklərdən uzaq durmaq lazımdır.

4. Gündə 1,5-2 litr su içməliyik. 

5. İsti şəraitdə və açıq havada işləyən insanlar tez-tez fasilə verməlidirlər.

6. Xüsusilə isti havalarda tərkibində şəkər, spirt və kofein olan içkilərdən uzaq durmaq lazımdır.

7. Gün ərzində kölgədə olmağa çalışmalıyıq. 

8. Geniş kənarlı papaq və keyfiyyətli gün eynəyi istifadə edilməlidir.

9. Həmçinin, günəş kremindən də istifadə etmək olar. 

10. Saat 10.00-15.00 arası çölə çıxmamağa çalışın. 

11. Evin pəncərələrini gecə və səhər tezdən açın.

12. Həddindən artıq isti günlərdə mümkünsə evdə otaq temperaturu gündüzlər 32 dərəcədən aşağı, gecələr isə 24 dərəcədən aşağı saxlanılmalıdır.

13. Bundan başqa, süni işıqlandırma və elektrik cihazlarını mümkün qədər söndürmək lazımdır. 

14. Ağciyər xəstəliyiniz varsa və idman etməyə hazırlaşırsınızsa, səhər və ya gec saatlarda sərin, yaxşı havalandırılan otaqda, idman zalında və ya açıq havada məşq etməlisiniz.

15. Mümkün qədər tez-tez duş qəbul etməyə çalışın.

Pərviz

0