Qarpızı yeyəkmi?

SAĞLAMLIQ
17:42 / 21.06.2024
364

Bu gün bazar və marketlərdə qarpız və yemiş satışına rast gəlmək mümkündür.

Ancaq mütəxəssislər qarpızın istehlak edilməsinin hələ tez olduğunu düşünür. 

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, bəzi qidaların istehlak üçün yararsız olması da toksiki fəsadlar yaradır: 

“Meyvəni, tərəvəzi mövsümündə yemək xeyirlidir. Amma pomidor, qarpız bəzi meyvələrdə xeyli problemlər olur. Problem də ondan ibarətdir ki, becərilmə prosesində yol verilən səhvlər, məhsulun yetişməsini sürətləndirmək üçün torpağa verilən gübrələr sonradan fəsad yaradır. Qarpız kəsilərkən gərək içərisində ağ zoğlar, damarlar olmasın, mərkəz hissənin rəngində, qoxusunda, dadında hansısa şübhəli məqam varsa, onu istehlak etmək olmaz. Əsas da kəsilmiş meyvə, giləmeyvə qısa zamanda yeyilməlidir. Bəzən görürsən ki, qarpızı, yemişi kəsib, günlərlə soyuducuda saxlayırlar. Bu da məhsulun keyfiyyətinin itirilməsinə səbəb olur. Əgər zəhərlənmə halı baş veribsə, çoxlu maye qəbul etmək, mədəni yumaq, imalə etmək mühüm şərtdir. Tez zaman da isə xəstəxanaya çatdırmaq lazımdır. Əks halda , zəhərlənmə ölümlə nəticələnə bilər”.

Sevinc

0