Öskürəyə SON: Daha bir təbii müalicə tapıldı

SAĞLAMLIQ
17:33 / 24.06.2024
402

Şiddətli öskürəkdən təbii yolla xilas olmağın daha bir yolu tapılıb.

Hit.az öskürəyi yox edən bir üsulu diqqətinizə çatdırır.

İlk növbədə bizə qara turp lazımdır. Qara turpun başını papaq kimi kəsib içini oyuruq. Ardınca həmin turpu bir stəkanın içinə yerləşdiririk. Sonda isə onun içinə təbii bal tökürük və turpun kəsdiyimiz hissəsini qabaq kimi bağlayırıq.

Onu ən azı 1 gecə çöldə saxlamaq lazımdır. İçəri sulanacaq və öskürəyi yox edəcək qarışıq əmələ gələcək. Bunu səhər acqarına içmək tövsiyə olunur. Hətta onu müntəzəm olaraq istifadə etdikdə öskürək problemi ilə üzləşmə ehtimalınızın sıfıra endiyi deyilir. Bunun bəlğəmləri təmizləməkdə çox effektiv olduğu bildirilir.

Pərviz

0