Şam yeməyi yeyilməlidirmi?

SAĞLAMLIQ
19:39 / 24.06.2024
532

Pəhriz saxlayanlar, dieta da olanlar şam yeməyi yeməməyə üstünlük verir. Ancaq bəzi mütəxəssislər şam yeməyinin yeyilməsinin vacib olduğunu düşünür.

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki, axşam yeməyi maddələr mübadiləsinin tənzimlənməsində iştirak edən pəhrizin vacib elementidir. Şam yeməyini tamamilə ləğv etmək zamanla maddələr mübadiləsini yavaşlada bilər:

 “Nəticədə axşam yeməyi yeməyən insanlar nəinki arıqlamaq, hətta artıq çəki almaq riski ilə üzləşirlər. Bu səbəbdən də nahar yeməyi kimi şam da önəmlidir. Ancaq bəzi detalları nəzərə almaq lazımdır. Axşam saat səkkizdən sonra hər hansı tam doyumlu yemək mədə-bağırsaq traktını çox yükləyir. Gecə saatlarında ət və ya süd məhsulları yeyilərsə , vəziyyət daha da pisləşə bilər. Sağlam şam yeməyi planlaşdırmağın ən yaxşı yolu yaxşı protein mənbəyi seçməklə başlamaqdır. Toyuq əti ümumi seçimdir, lakin başqa sağlam variantlar da var”.

Sevinc


 

0