Dənizə gedənlər ehtiyatlı olun - infeksiya təhlükəsi var

SAĞLAMLIQ
20:15 / 25.06.2024
239

Yay mövsümü daxil olar-olmaz insanların istirahət üçün üz tutduğu məkanlar  arasında dəniz, çimərliklər xüsusi yer tutur.

Bəs uşaqdan-böyüyə hamının sevə-sevə çimdiyi dəniz  xəstəlik daşıyıcısı ola bilərmi?

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, dənizdə daha çox bağırsaq çöpləri, göbələk, stafilokokk mənşəli infeksiyalar olur:

 "İnfeksiya mənbəyi su quşlarının daşıdığı parazit qurdların sürfələridir. Həm şirin suda, həm də dənizdə serkaridoz xəstəliyinə yoluxmaq mümkündür. İnfeksiyaya ən çox həssas olanların risk zonası güclü dərman qəbul edənlər, həmçinin , uzun müddət əsəb gərginliyində olan və tez-tez ağır fiziki fəaliyyətlə məşğul olan insanlardır".

Həkim onu da əlavə edib ki, dənizdə günəş vannası qəbul etmək lazımdır ki, insan orqanizmasında D vitamini bol olsun.

Sevinc

0