Üzdəki sızanaqlar və ləkələrdən təbii yolla xilas olun

SAĞLAMLIQ
16:48 / 27.06.2024
210

Üzdəki çillər, sızanaqlar, ləkələr və buna bənzər dəri problemlərinə qarşı daha bir üsul tapılıb.

Hit.az bildirir ki, bütün bunlardan da təbii yolla xilas olmaq mümkündür.

Belə ki, limonun sayəsində artıq bu ləkələrdən qurtula bilərsiniz. Deməli, limon suyu tərkibindəki C vitamini və təbii turşular sayəsində dəri tonunu tarazlaşdırır və ləkələrini azaldır.

Nəzərə almaq lazımdır ki, C vitamini antioksidan xüsusiyyətlərə malikdir. Bu səbəbdən də dərini qoruyur və ləkələrin yaranmasının qarşısını alır. Üstəlik, bu yolla həm dəri hüceyrələriniz yenilənəcək, həm də sızanaqlarınız daha az görünəcək. 

Bəs nə etmək lazımdır? 

Əvvəlcə dərinizi yaxşıca təmizləyin. Sonra bir limonun suyunu sıxıb pambıqla üzündəki ləkələrinə çəkin. Dəriniz həssasdırsa, ona bir az su da əlavə edə bilərsiniz. 

Daha sonra ləkə, sızanaq olan nahiyələrə yumşaq bir şəkildə limon suyu çəkin və 10-15 dəqiqə saxlayın. Ardınca ilıq su ilə yuyun və nəmləndirici krem ​​çəkərək prosesi tamamlayın. Mütəmadi şəkildə istifadə etməklə fərqi görəcəksiniz. 

Pərviz

0