Özü də dərmandır, saplağı da...

SAĞLAMLIQ
23:34 / 27.06.2024
205

Yayın ən ləziz meyvələrindən olan gilas min dərdə dərmandır. 

Lakin bu bitkinin qurumuş saplağı da ən az özü  qədər faydalıdır.

Hit.az-a açıqlama verən fitoterapevt Yasəmən Əliyeva bildirib ki, gilas saplaqlarını atmaq olmaz. Yayda onları kölgədə qurudub, qış üçün dərman kimi saxlamaq lazımdır.

"Çünki B, C, D vitaminləri ilə zəngin gilas saplağı böyrək çatışmazlığı, yüksək təzyiq, qaraciyər problemləri, infeksiyalarla , artıq çəki ilə mübarizədə faydalıdır. Bundan əlavə artrit, revmatizm, bronxit, oynaqların duzlaşması və damar sərtliyi kimi xəstəliklərin müalicəsində istifadə olunan gilas saplaqları qəbzliyi aradan qaldırır, sinirləri gücləndirir, sinir sistemini sakitləşdirir, qanı təmizləyir”.

Fitoterapevt  bildirib ki, 10 qram saplağı bir stəkan isti suyun içərisinə töküb , 10 dəqiqə gözləmək lazımdır.
Gilas saplaqları üzdə olan civzələrin, səpkilərin düşməni, dərinin gözəlliyinin dostudur.

Murad

0