Arterial təzyiqdən əziyyət çəkən insanlar mütamadi olaraq qan təzyinin yoxlanılmasına üstünlük verir. Bəzi şəxslər təzyini elektron təzyiq və ya mexaniki aparatla ölçür.
Ancaq bəzi həkimlər arterial təzyiqin mexaniki aparatla ölçülməsinin vacib olduğunu düşünür.
Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, təzyiq aparatları insanda arterial təzyiqi ölçmək üçün istifadə olunan cihazlardır:
“Bunlar da əsasən müxtəlif cür olur. İlk təzyiq aparatları civəli təzyiq aparatları olub. Bu aparatlar arterial təzyiqi düzgün şəkildə ölçən ən mükəmməl aparatlar olub. Sonradan texnikanın inkişaf etməsi ilə müxtəlif cür təzyiq aparatları meydana gəlib. Bunlardan biri də tam elektron aparatlardır. Hansı ki, bilək nayihəsinə taxılır və üzərində də elektron tablosu olur. İnsanlar son zamanlar müəyyən baterika ilə yəni, element şəklində işləyən təzyiq ölçənlərdən istifadə edirlər ki, bu da istər-istəməz təzyiqin düzgün ölçülməməsinə təsir edir. Baterikanın istifadə müddəti keçdikcə enerjinin oraya daxil olması azaldıqda , həmin təzyiqölçən istədiyi şəkildə dəyişə bilir. Ona görə də, həmişə istifadə etdiyimiz civə sütunlu tanometrdən istifadə edilməsi məsləhət görülür".
Sevinc