İnsanı kor və dəli edən dəli bal nədir?

SAĞLAMLIQ
17:57 / 28.06.2024
191

Balın faydaları haqqında hamı bilir. Bəs dəli bal haqqında eşitmisiniz?

O dəli bal ki, həddən artıq yedikdə adamı müvəqqəti dəli edə  bilər, onun təsiri altında insan xəyallar görər.

Fitoterapevt Yasəmən Əliyeva Hit.az-a bildirib ki, bu bal elmi adı “Rhododendron ponticum ve Rhododendron flavum” olan meşə çiçəyinin tozlarından hazırlanaraq alınır:

“Rəngi tünd qəhvəyi olan dəli bal digər ballardan çox fərqlənir, o mütləq həkim məsləhəti ilə istifadə edilməlidir. Çünki bəzən ölümə də səbəb ola bilir. Dəli bal  yedikdən 15 dəqiqə sonra insanda  ürəkbulanma, boğazda yanma hissi, baş ağrısı, korluq hallları kimi hallar meydana çıxarır. Baldakı zəhərin miqdarı onun tərkibindəki zərərli maddələrin miqdarından asılıdır”,- deyə həkim qeyd edib.

O bildirib ki, həddi aşmadan yedikdə dəli baldan faydalanmaq da olar. Lakin bu nemət daha çox problem yaradır. Tarixdə dəli balla qoşunların zəhərlənməsi faktı da var”,- deyə  həkim qeyd edib.

Murad

0