Bananın əsas faydaları nələrdir? - ARAŞDIRMA

SAĞLAMLIQ
16:08 / 28.06.2024
220

Dünyanın ən çox yetişdirilən tropik meyvələrindən biri olan bananın faydalarını saymaqla bitməz. 

Hit.az bildirir ki, banan dünyanın ən çox istehlak edilən meyvələrindən biridir. 

Onun bu qədər sevilməsinin və istehlak edilməsinin səbəbi vitaminlə zəngin olmasıdır. Banan bir çox vitamin, zülal, mineral və amin turşusunu özündə ehtiva etməsidir. Üstəlik, sözügedən meyvə kalium və maqnezium kimi minerallarla da zəngindir. Bundan başqa, bananın həzm sistemindən sümük sağlamlığına, bağırsaq xəstəliklərindən xərçəngə, ürək sağlamlığından beyin sağlamlığına qədər bir çox faydası var.

Ümumiyyətlə, bananın başqa hansı faydaları var? 

1) Banan kaliumla zəngin meyvədir. Kalium da bədəndəki maye balansını tənzimləməyə və qan təzyiqini idarə etməyə kömək edir.

2) Liflə zəngin olan banan həzm sisteminin sağlamlığını dəstəkləyir. Nəzərə almaq lazımdır ki, lif həzm prosesini tənzimləyir və qəbizlik riskini azaldır.

3) Banan C vitamini və B6 vitamini kimi vacib vitaminlərin də əsas mənbəyidir. Qeyd edək ki, C vitamini immunitet sistemini gücləndirir, B6 vitamini isə maddələr mübadiləsini dəstəkləyir və sinir sisteminin sağlamlığını qoruyur.

4) Həmçinin, banan təbii yüksək karbohidrat tərkibi sayəsində asan həzm olunan enerji mənbəyidir. Xüsusilə, idmançılar və idman edənlər üçün ideal qidadır. 

5) Sözügedən meyvə qan şəkərini nəzarət altında saxlamağa kömək edir.

6) Tərkibindəki kalium və maqnezium sayəsində bir çox əzələ problemlərinin qarşısını alır.

7) Bananın tərkibində triptofan adlı amin turşusu var. Triptofan isə bədəndə xoşbəxtlik hissi yaradan serotonin hormonunun istehsalına kömək edir. Yəni banan əhval-ruhiyyəni də yaxşılaşdıra bilir. 

Pərviz

0