Meyvə günün hansı saatında yeyilsə daha yaxşı olar?

SAĞLAMLIQ
22:33 / 01.07.2024
157

Meyvə insan sağlığı üçün önəmlidir. Maraqlıdır, meyvə günün hansı saatında yeyilsə, daha məqsədəuyğundur? 

Dietoloq Leyla Sarıyeva Hit.az-a deyib ki,   günün istənilən vaxtında meyvə yemək olar. Lakin bəzi məqamlar nəzərə alınmalıdır:

“Mədə-bağırsaq xəstəlikləri olan insanlar meyvələri ehtiyatla yeməlidirlər. Qastrit və ya yüksək turşuluğu və mədə xorası olan insanlara acqarına turş meyvə və giləmeyvə yeməməlidir. Həmçinin, bəzi meyvələr acqarına yeyilməlidir. Çünki qan təzyiqini dahada aşağı düşə bilər.
Ancaq onu da nəzərə almaq lazımdır ki, acqarına meyvə yemək dərinin sağlamlığına müsbət təsir göstərir. Göz altındakı qara dairələrin qarşısını alır”.

Sevinc

0