Bir balaca boyu var… - Hilin sağlamlığa böyük faydaları

SAĞLAMLIQ
21:48 / 02.07.2024
145

Keçmişdə onu “kralların ədviyyatı” adlandırırdılar. 

Orta əsrlərdə Avropadan Şərqə gətirilən və qızıl qiymətinə satılan hildən yalnız dərmanlar hazırlanırdı.

Hil indi də Avropanın bəzi ölkələrində apteklərdə satılır.

Bəs onun cana nə faydası var?

Hit.az-a açıqlama verən fitoterapevt Yasəmən Əliyevanın dediyinə görə, hit yüz dərdə dərman imiş:

“Hil şəkər, təzyiq, xərçəng xəstələri üçün dərmandır, ağız sağlığını qoruyur. Ağızdan gələn pis qoxunu yox edir, ürəkbulanmanı aradan qaldırır, iştahanı artırır, mübadilə prosesini yaxşılaşdırır, köpü aradan qaldırır. Hətta arıqlamaq istəyənlər üçün də faydalıdır. Təbii antiseptikdir, soyuqdəymə zamanı onu çay kimi dəmləyib, xəstəyə vermək çox faydalıdır. Hil boğaz, ürək, bağırsaq ağrıları zamanı müsbət təsir göstərir. Hilli çay insana sakit və şirin yuxu verir. 12 il öncə aparılan elmi araşdırmalar zamanı hilin dəri xərçənginə qarşı mübarizədə effekti aşkarlanıb.Şəkər xəstələri də hər gün hilli çay içməklə qan şəkərini nizamlaya bilərlər”, deyə o bildirib.

Bax belə yerdə deyirlər, “bir balaca boyu var, dam dolusu toyu var”

Murad

0