ŞOK! Telefonla həddindən artıq oynamaq bu problemlərə səbəb olur

SAĞLAMLIQ
18:33 / 03.07.2024
240

Həddindən artıq telefonla oynamaq dövrümüzün ən böyük problemlərindən biridir.

Hit.az xəbər verir ki, telefonla çox vaxt keçirmək bir çox sağlamlıq probleminin meydana gəlməsinə səbəb olur.

Mütəxəssislərin sözlərinə görə, həddindən artıq telefondan istifadə etmək oynaqlara və sinir toxumalarına zərər verir. Uzun müddət eyni vəziyyətdə təkrarlanan əl, bilək və dirsək hərəkətlərinin asılılıq dərəcəsinə gətirib çıxarır. Bu zaman oynaq nahiyələrində sərtləşmə, iltihablanma nəticəsində sinir toxumasına təzyiq və zədələnməyə səbəb olur.

Həmçinin, bədəndə ağrı və uyuşma da həddindən artıq telefonla oynayanların ən çox şikayət etdiyi problemlər sırasındadır. Üstəlik, telefon beyin funksiyalarına da mənfi təsir göstərir. Bundan başqa, telefondan həddindən artıq istifadə etmək stress, gərginlik, yuxusuzluq, baş ağrısı və diqqət dağınıqlığı kimi problemlərlə də özünü biruzə verir. 

Bu problemlə üzləşməmək üçün mütəxəssislər telefon asılılığından xilas olmalı olduğunuzu vurğulayırlar. Belə ki, hər gün telefondan istifadə etdiyiniz zamanı daha da azalda bilərsiniz. 

Pərviz

0