Süd verən ana nə yeyə bilər?

SAĞLAMLIQ
21:40 / 04.07.2024
170

Yeni ana olan xanımlar uşağa süd verərkən nə ilə və necə qidalanacaqlarını bilmirlər. Çox zaman ətrafdakılar onlara meyvə yeməyi qadağan edir, unun körpəyə pis təsir edəcəyini bildirirlər.

Bəs süd verən ana necə qidalanmalıdır?

Hit.az-ın sualını cavablandıran pediatr Nərmin Xeyrullayeva bildirib ki, süd verən anaların pəhriz saxlaması yol verilməzdir. Yalnız eyni növ qida ilə qidalanmaq da doğru deyil:

“Süd verən analara balanslı, müxtəlif və zövqlü qidaları tövsiyə edirəm. Ananın cüzi, dietik qidalanması körpədə yemək pozğunluğuna səbəb ola bilər. Süd verən ananın menyusuna müxtəlif tərəvəzlər, meyvələr, taxıl məhsulları, zülalın bitki və heyvan mənbələri, süd məhsulları və nəhayət, keyfiyyətli yağlar daxil olmalıdır. Ananın yediyi müxtəlif qidalar ana südünün dadını bir az dəyişə bilər. Bu, heç də pis deyil, çünki uşaq müxtəlif zövqlərə alışır, bu da onun yemək vərdişlərini formalaşdırır, digər qidalarla tanış olmağı asanlaşdırır. Əmizdirmə zamanı qadın əlavə olaraq, 400-500 kkal almalıdır".

Murad

0