Arıqlama çaylarının ziyanı

SAĞLAMLIQ
19:07 / 04.07.2024
190

Artıq çəkidən əziyyət çəkənlər arıqlama çaylarına üstünlük verir. 

Arıqlama çaylarını aptek və mağazalardan reseptsiz əldə etmək mümkündür.

Artıq çəkidən azad olmaq üçün həmin üsuldan bəhrələnənlərin sayı ildən–ilə artır.

İşbazların müxtəlif ad və dizaynda istehsal etdiyi həmin çayların insan orqanizminə çox böyük zərəri var. 

Həkim Pərvanə Mustafayeva Hit.az-a deyib ki, dietik çayların faydasından çox ziyanı var: 

“Arıqlamağın bir yolu var ki, o da kalori çatışmazlığıdır, yəni qəbul edilən günlük kalori xərclənilən, sərf edilən kaloridən az olmalıdır. Diyetik çaylardan həkim məsləhəti olmadan istifadə etmək, qətiyyən düzgün deyildir. Həmin çaylar insanı qısa müddətdə arıqladır. Ancaq bu qısa müddətli arıqlama insan səhhətində olan bütün vitaminləri, yağları məhv edir”.

Sevinc

0