Sağlam adamların anidən ölməsi və buna səbəb kimi qanda tromb –laxtalanmanın əsas gətirilməsi çağımızın qorxunc xəstəliklərindəndir.
Tromb qan dövranının qarşısını kəsərək, toxumaların qanla təchiz olunmasına və həyati vacib orqanlara, yəni ürək və ağciyərlərə ölümcül təhlükə yaradır.
Bəs tromblaşmanın qarşısını hansı ərzaqlarla almaq olar?
Axı biz nə yeyiriksə, oyuq deyib müdriklər.
Fitoterapevt Yasəmən Əliyeva Hit.az-a bildirib ki, tromb vasitəsilə yaranan ölümlərin ( buna emboliya deyilir) qarşısını bəzi qida məhsulları ilə ala bilərik.
“Məsələn Zəncəfil . Zəncəfildəki gingerol omega-3 və omega-6 yağ turşuları ilə birlikdə, trombositlərin bir-birinə yapışmasına mane olan xüsusi fermentlər istehsal edir. Gingerol əvvəldən mövcud olan xolesterini qandan uzaqlaşdırır və yenidən meydana gəlməsinin qarşısını alır, qanı daha duru hala gətirir. Zəncəfil yemək damarlardakı “pis” xolesterin səviyyəsini aşağı salır və qan axınını artıraraq, onun bütün orqanlara daxil olmasına kömək edir. O cümlədən, kayen bibəri, sarımsaq, soğan, darçın, pomidor, qanqal, qırmızı kələm, su, sarıkök, nar, moruq, səməni kökü ən yaxşı qanduraldıcılardır. Gündəlik rasionda bol- bol istifadəsi məsləhət görülür”,- deyə o qeyd edib.
Murad