Vitamin çatışmamazlığı zamanı nə etməliyik? - Həkim danışdı

SAĞLAMLIQ
12:46 / 09.07.2024
442

Bir çox insan vitamin çatışmamazlığından əziyyət çəkir. 

Bu isə onların səhhətində çox sayda problemlərə gətirib çıxarır. Üstəlik, vitamin çatışmamazlığı immunitetin zəifləməsini də birbaşa təsir göstərir. Həmin insanlar bundan xilas olmaq üçün müalicə alır və ya vitaminlər qəbul edirlər. 

Ümumiyyətlə, vitamin çatışmamazlığı necə yaranır? Bundan xilas olmaq üçün hansı addım atılmalıdır? 

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən infeksionist Ləman Qalimova bildirib ki, vitamin çatışmamazlığı qidalanması zəyif olan insanlarda özünü biruzə verir:
"Həmçinin, hər hansısa xəstəlik səbəbindən də vitamin çatışmamazlığı ola bilər. Məsələn, vitamin çatışmamazlığı diyeta saxlayanlarda da ola bilir. Eyni zamanda, bunun hər hansısa xəstəliklərlə bağlı olması da mümkündür. 

Adətən D vitamini çatışmamazlığı Günəş enerjisi almayan insanlarda yarana bilir. Bundan başqa, vegetarianlar isə ət yemədiyi üçün B vitamini çatışmazlığı yaşayırlar".

Həkim vitamin çatışmamazlığı zamanı atılacaq addımlardan da söz açıb:
"Bunu bilmək üçün əvvəlcə analiz vermək lazımdır. Analizin nəticəsinə əsasən təyin etmək olar. Yəni qan dəyərlərində təyin edilməlidir. Uyğun avitaminoza görə müalicə aparılmalıdır".

Pərviz

0