Öskürəkdən xilas olmağın təbii yolu

SAĞLAMLIQ
17:26 / 10.07.2024
368

Öskürək hər birimiz üçün arzuolunmaz haldır.

Hit.az bildirir ki, sözügedən simptom gün içərisində bizi yorur və enerjimizi aparır. 

Bundan xilas olmaq üçün müxtəlif dərman vasitələrindən istifadə edirik. Lakin onu da unutmayaq ki, hər dərmanın fəsadları da mövcuddur. Yəni bir ağrını kəsən dərman digər ağrıların meydana gəlməsinə səbəb ola bilir.

Bəs öskürməkdən təbii yolla xilas olmaq mümkündür?

Əslində öskürməklə ev şəraitində mübarizə etmək üçün bir neçə üsul var. Lakin çinlilərin fərqli bir metodunu diqqətinizə çatdırmaq istəyirik. Bu, Çində öskürəyi anında dayandıran çay olaraq tanınır. Deməli, mandarin qabıqlarını dilimləyin və bir fincanın içərisinə qoyun. Sonra isə üzərinə 200 ml qaynar su tökün və 1 saat gözləyin.  Ardınca isə onu başqa bir stəkana tökün və çay kimi için. 

Hətta çinlilərin sözlərinə görə, bundan istifadə edənlər uzun müddət öskürək problemi ilə üzləşmirlər. 

Pərviz

0